Lavrov: “Putin Zelenski ilə görüşə hazır deyil”


“Putin yalnız sammit gündəliyi hazır olduqda Zelenski ilə görüşəcək”.

Turkustan.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında mümkün görüşlə bağlı açıqlama verib. O bildirib ki, prezident Putin yalnız sammitin gündəliyi tam şəkildə hazır olduqda belə bir görüşə razı ola bilər. Lakin Lavrovun sözlərinə görə, hazırda belə bir gündəm mövcud deyil.

Lavrov ABŞ-ın NBC News telekanalına verdiyi müsahibədə Rusiya-Ukrayna müharibəsi və onu bitirmək üçün atılan diplomatik təşəbbüsləri şərh edib. Nazir danışıqların davam etdirilməsi üçün İstanbul formatının önəmini vurğulayıb və bu çərçivədə irəliləyişə ümid etdiklərini qeyd edib.

Sergey Lavrov əlavə edib ki, prezident Putin ABŞ prezidenti Donald Trampa bu il İstanbulda keçirilmiş üç raund danışıqları xatırladıb və Moskvanın bu danışıqları davam etdirməyə hazır olduğunu bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ