O, CHP-dən istefa verib, AK Partiyaya keçdi


Aydın Böyükşəhər Bələdiyyə Başçısı Özlem Çerçioğlu CHP-dən istefa verib.

Turkustan.az xəbər verir ki, Çerçioğlunun bu gün keçiriləcək AK Partiyanın ildönümü mərasimində döş nişanı taxacağı gözlənilir. Çerçioğlunun mərasim əvvəli AK Partiya Ümumi Mərkəzini ziyarət etdiyi ilk görüntülər ortaya çıxıb.
Aydın Böyükşəhər Bələdiyyə Başçısı Özlem Çerçioğlu, Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verdiyini açıqlayıb.

O, çıxışında bildirib ki, özü və üç digər bələdiyyə sədri dəfələrlə partiya daxilində yaşadıqları problemlərə dair CHP rəhbərliyindən həll yolu axtarsalar da, bu səylər nəticə verməyib.

“Aydın Böyükşəhər Bələdiyyə Başçısı olaraq, mən və üç həmkarım partiya daxilində dəfələrlə rastlaşdığımız problemlərə həll yolları tapmaq üçün CHP rəhbərliyinə müraciət etdik. Təəssüf ki, heç bir nəticə əldə edə bilmədik. Antidemokratik prinsiplərə qarşı mövqeyim və xidmət anlayışım çərçivəsində, artıq CHP ilə eyni yolu izləməyim mümkün deyil. Aydın xalqına və ailəmə sadiqliyimi, qanunlara bağlılığımı və ictimai əxlaq prinsiplərindən taviz vermədiyimi nəzərə alaraq, bu qərarı verdim.”

Çerçioğlu istefası ilə paralel olaraq partiya və dövlət strukturlarında son aylarda yaşanan siyasi proseslərə də toxunub. O, 19 Mart çevrilişi adlandırdığı hadisədən 148 gün keçdiyini xatırladaraq, bu dövrdə siyasi motivasiyalarla həyata keçirilən təyinatlara sərt şəkildə münasibət bildirib:

“Keçən il oktyabrın 9-da, 19 Mart çevrilişindən sonra məsuliyyət daşıyanlar məni siyasi yüklü bir nazir müavini vəzifəsindən alıb, İstanbul Baş Prokurorluğu kimi qərəzsizlik, cəsarət və neytrallıq tələb edən kritik bir vəzifəyə gətirdilər.”

O, əvvəlki baş prokurorun “qanundan kənara çıxa bilmərəm” prinsipial mövqeyindən sonra, yerinə təyin olunan şəxsin siyasi məqsədlərlə, sürətlə və qanuna zidd qərarlar çıxardığını bildirib:

“Əvvəlki prokuror ‘mən sizin dediyinizi edə bilmərəm, qanundan kənara çıxa bilmərəm’ deyərək etiraz etmişdi. Onun yerinə gətirilən şəxs isə bir növ səyyar qilyotin kimi çalışaraq istədikləri qərarları dərhal çıxarır. Səlahəddin Dəmirtaşın həbsindən, Canan Kaftancıoğluna siyasi qadağa qoyulmasına, Qrup Yorum proseslərinə qədər bir çox siyasi işdə iştirak edib. Belə bir şəxs İstanbul Baş Prokuroru təyin olunaraq faktiki olaraq mükafatlandırıldı.”

Çerçioğlunun bu açıqlamaları CHP daxilində və Türkiyə siyasi arenasında geniş rezonans doğuracağı gözlənilir.

AyTən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ