Fransa prezidenti Emmanuel Makron sentyabrda Fələstin dövlətini tanıyacaqlarını açıqlayıb.
Turkustan.az xəbər verir ki, Makron bu barədə sentyabrda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxış edəcəyini açıqlayıb.
Fransa prezidenti qeyd edib ki, hazırda vacib olan Qəzzada müharibəni dayandırmaq və humanitar yardım axınını təmin etməkdir.
Makron sülh üçün Fələstin dövlətinin mövcudluğunun zəruri olduğunu və fransız xalqının Yaxın Şərqdə sülh istədiyini bildirib.
Makron qərarı ilə bağlı Fələstin prezidenti Mahmud Abbasa məktub göndərərkən, məktubu X hesabından paylaşıb.
Aytən Yaşar/ Turkustan.az