Trampa İsa Məsih obrazındakı şəklini o sildiribmiş


“ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson Prezident Donald Trampdan İsa Məsihə bənzədiyini göstərən fotonu silməsini xahiş edib”.

Turkustan.az xəbər verir ki, bu barədə “The Hill” qəzeti məlumat yayıb.

“Paylaşımı görən kimi Prezidentlə danışdım, ona dedim ki, foto istədiyi kimi alınmayıb. Tramp razılaşdı və şəkli sildi. Bu, düzgün qərar idi”, – deyə Conson bildirib.

Qeyd edək ki, 12 apreldə Tramp “Truth Social” sosial media hesabında özünü İsa Məsih kimi təqdim etdiyi foto paylaşmışdı./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ