Ərdoğanın ayaqqabıları ilə bağlı iddiaya Rabitə Müdirliyindən təkzib - FOTO


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qatıldığı proqramda geyindiyi ayaqqabıların italyan brendi olduğu və qiymətinin 5550 avroya çatdığı iddiası bəzi mətbuat orqanlarında yer alıb.

Turkustan.az xəbər verir ki, Rabitə İdarəsi sözügedən iddiaları təkzib edib. Dezinformasiya ilə Mübarizə Mərkəzi mövzu ilə bağlı açıqlama verərək: "Ərdoğanın ayaqqabılarının 'xarici marka məhsuldur və qiyməti 5550 Avro'dur" iddiaları dezinformasiya məhsuludur" dedi.

Bəyanatın davamı belə oldu; "Prezidentimizin geyindiyi ayaqqabılar iddia edildiyi kimi xarici brendə aid deyil, tamamilə yerli istehsalçının məhsuludur. Ona görə də ayaqqabıların iddia edilən markaya və ya qiymətə heç bir aidiyyəti yoxdur".

Aytən Yaşar/ Turkustan.az

Ərdoğanın ayaqqabıları ilə bağlı iddia ilə bağlı Rabitə Müdirliyindən təkzib


MANŞET XƏBƏRLƏRİ