ABŞ Ukraynaya yardım üçün 300 milyon dollar ayrılmasını nəzərdə tutan hərbi xərclər haqqında qanun layihəsinə düzəlişi rədd edib.
Turkustan.az xəbər verir ki, bu barədə "Breaking Defence" məlumat yayıb.
Məlumata görə, parlamentarilər bu düzəlişlə bağlı bir saatdan çox mübahisə ediblər.
Ohayodan Nümayəndələr Palatasının üzvü, demokrat Marsi Kaptur bunun sənədə daxil edilməsini təklif edib.
Respublikaçıların Təxsisatlar Komitəsinin sədri Tom Koul qeyd edib ki, Kiyevə əlavə maliyyənin ayrılmasına dair düzəlişin təsdiqlənməsi bütün qanun layihəsinə respublikaçıların dəstəyini təhlükə altına qoya bilər. /bakivaxti.az/