İyunun 13-nə keçən gecə İsrailin İrana qarşı başlatdığı hava hücumlarına İranın cavab verməsi ilə regionda gərginlik ötən gecə pik həddinə çatıb.
Turkustan.az xəbər verir ki, Netanyahu açıqlamasında “Ayətullah rejiminin hər yeri və hər hədəfi vurulacaq” deyib.
Netanyahu İsrailin hücumları İranın nüvə silahı əldə etmək istiqamətində atdığı addımlara cavab olaraq həyata keçirdiyini və hücumların ABŞ-ın dəstəyi olmadan həyata keçirildiyini bildirib. O, aprel ayını İrana hücum üçün hədəf aldıqlarını, lakin bu tarixin müxtəlif səbəblərdən baş tutmadığını bildirib.
Netanyahu xalqa müraciətində həmçinin İranın hücumlara cavab verəcəyini ifadə edərək: "Bizə hücum gözləyirəm. Çox ciddi hücum dalğaları ola bilər" deyib.
Aytən Yaşar/ Turkustan.az