Kreml: Rusiya İsrail və İran arasında vasitəçilik etməyə hazırdır


Kremlin xarici siyasət müşaviri Yuri Uşakov bildirib ki, Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla telefon danışığında İsrail və İran arasında vasitəçilik təklif edib.

Turkustan.az xəbər verir ki, iki lider arasında baş tutan görüşü “mübahisəli, aydın və faydalı” adlandıran Uşakov görüş zamanı Yaxın Şərqdə pisləşən vəziyyətin müzakirə edildiyini bildirib.

Uşakov Putinin Trampı İran prezidenti Məsud Pezeşkian və İsrailin baş naziri Binyamin Netanyahu ilə telefon danışığı barədə məlumatlandırdığını bildirib və əlavə edib ki, “Putin münaqişənin genişlənməsinin qarşısının alınmasının vacibliyini və Rusiya tərəfinin mümkün vasitəçilik səylərini həyata keçirməyə hazır olduğunu vurğulayıb”.

Uşakov Putinin daha əvvəl İranın nüvə proqramı ilə bağlı danışıqlarda qarşılıqlı məqbul razılaşmaların tapılmasına yönəlmiş təkliflər verdiyini xatırladıb və danışıqlardan əvvəl İsrailin hücuma keçdiyini qeyd edib.

O, Trampın da İsrailin İrandakı hədəflərə hücumlarını təsirli, lakin çox narahatedici kimi qiymətləndirdiyini, Trampın ABŞ nümayəndə heyətinin İranın nüvə proqramı ilə bağlı danışıqları davam etdirməyə hazır olduğunu ifadə etdiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ