“SEPAH-a və İranın nüvə proqramına qədər sızmışdıq” – Mixail Finkeldən AÇIQLAMA


“Bizə qarşı çoxsaylı təhdidlərdən sonra bu gecə İsrail İrana qarşı zərbə endirdi . Onilliklər ərzində Ayətullah rejimi “İsrailə ölüm” şüarları səsləndirdikdən, İsraili Yer üzündən siləcək silah hazırlayacaqlarını vəd etdikdən, İsrail xalqına və dünya üzrə yəhudilərə qarşı saysız-hesabsız terror aktları törətdikdən sonra, İsrail gördü ki, İran nüvə bombası yaratmağa çox yaxınlaşır. Buna görə də sarsıdıcı zərbə endirdi”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında İsrailli politoloq, tarixçi, tanınmış ictimai xadim Mixail Finkel deyib.

İsrail-İran gərginliyini şərh edən analitik, hücumların davam edəcəyini bildirib.

“Biz artıq İranda təxminən 80 hədəfə zərbə vurmuşuq. İranın bütün nüvə proqramı məhv edilib. Əksər ballistik raketlər sıradan çıxarılıb. Müdafiə naziri öldürülüb, SEPAH-ın (İran İslam İnqilabı Keşikçiləri Korpusu) rəhbəri öldürülüb. Ayətullah rejiminin sistemindəki bir çox yüksək səviyyəli şəxs məhv edilib. Ən maraqlısı isə odur ki, MOSSAD (İsrailin kəşfiyyat xidməti) İranda pilotsuz uçuş aparatlarının istehsalı üçün gizli zavodlar da təşkil etmişdi – çünki İran korrupsiyalaşmış, zəif bir dövlətdir. Biz inanırıq ki, bu rejim indi çökəcək. Biz zərbələr endiririk”.

İranın da cavab tədbirləri barədə danışan Finkel, zəif hücumların qarşının məharətlə alındığını qeyd edib:

“İran bizə qarşı 100-dən çox pilotsuz aparat buraxdı – onlar yavaş hərəkət edirlər. Amma İsrail təhlükəsiz ölkədir. Mən inanıram ki, bu müharibə uzun çəkməyəcək, təxminən 7 gün davam edəcək. Mən bunu dəfələrlə demişdim və bu baş verdi. Mən dəfələrlə demişdim ki, İranın nüvə bombası yoxdur. Baxın, heç bir nüvə tullantısı da yoxdur. Hamı Çernobıl effekti kimi nədənsə qorxurdu, amma bu baş vermədi. Onlar heç nəyi birləşdirməyə imkan tapmadılar. Bizim adamlarımız İranın bütün strukturlarına SEPAH-a, orduya və nüvə alimlərinin dairəsinə yeridilmişdi”.

Analitik hesab edir ki, yaxın günlərdə İsrail İranı tamamilə çökdürəcək:

“Bu arada, bu gün biz İranın nüvə bombası üzərində çalışan bütün aparıcı nüvə alimlərini, bu silahı yaradan və onun vasitəsilə İsraili və digər ölkələri məhv etməyə çalışan şəxsləri öldürdük. Biz bizi dəstəkləyən bütün xalqlara, ədalətli mübarizəmizi anlayan bütün ölkələrə təşəkkür edirik. İsrail xalqı yaşayır. Qələbə artıq bizimdir”, - deyə M.Finkel əlavə edib.


MANŞET XƏBƏRLƏRİ