SON DƏQİQƏ: Azərbaycanlıların olduğu təyyarə İrəvana endi


İsrailin İrana hücumu ilə əlaqədar yaranan təhlükəli vəziyyət səbəbindən göyərtəsində azərbaycanlılar olan təyyarə İrəvanın Zvartnost Beynəlxalq Hava Limanına enməyə məcbur olub.

Turkustan.az xəbər verir ki, bu barədə “Armlur” məlumat yayıb.

Nəşr yazır ki, Dubaya uçan təyyarə hücumlar səbəbindən məcburən ən yaxın hava limanının yerləşdiyi İrəvana enməli olub.

Məlumatların dəqiqləşdirilməsi üçün Ermənistan Milli Təhlükəsizlik Xidmətinə sorğu ünvanlanıb. MTX yaxın zamanda açıqlama veriləcəyini deyib.

Qeyd edək ki, bundan öncə baş verən hadisələrə görə bir neçə təyyarənin İrəvana endiyinə dair rəsmi məlumat yayılıb./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ