İsrailin Kanal 13 televiziyası Netanyahunun 2025-ci ilin büdcə səsverməsindən əvvəl Birləşmiş Tövrat yəhudiliyinin dini liderlərindən biri olan Moşe Hillel Hirş ilə mart ayında keçirdiyi görüşün səs yazısını sızdırıb.
Turkustan.az xəbər verir ki, səs yazısında Baş nazir Netanyahunun Haredi tələbələrinin hərbi xidmətdən azad edilməsinə qarşı çıxdıqları üçün Gallant və Halevi-ni işdən çıxardığını açıq şəkildə eşitmək olar.
Haredi tələbələrini Tövrat məktəblərindən azad edən qanunun qəbulu üçün zamana ehtiyac olduğunu Hirşlə izah edən Netanyahunun "Bilirsiniz, aşdığımız böyük maneələr var idi. Müdafiə naziri və Baş Qərargah rəisi sizə qarşı olanda siz irəli gedə bilməzsiniz. Amma indi addım ata bilərik" dediyi eşidilir.
İsrail Baş nazirliyindən verilən açıqlamada, Kanal 13-ün çıxışı təhrif etdiyi və orduda Haredimləri cəlb etmək üçün xüsusi birliklərin yaradılmasına mane olanların keçmiş Baş Qərargah rəisi Herzi Halevi və müdafiə naziri Yoav Gallantın vəzifədən uzaqlaşdırıldığı iddia edilib.
Bildirilib ki, hazırkı müdafiə naziri Yisrael Katz və Baş Qərargah rəisi Eyal Zamir məsələni peşəkarcasına idarə ediblər və prosesi sürətlə irəli aparıblar.
Baş nazirliyin iddialarının əksinə olaraq, keçmiş Baş Qərargah rəisi Halevinin dövründə ultra-pravoslav əsgərlər üçün xüsusi bölmələr yaradılıb və müdafiə naziri Gallant vəzifəsindən azad edilib.
Aytən Yaşar/ Turkustan.az