İsrail atəşkəs təklifini rədd etdi - İDDİA


Yerli mediaya danışan adı açıqlanmayan bir İsrail rəsmisi, məhbus mübadiləsi və müvəqqəti atəşkəs üçün son layihənin "Həmasa təslim olduğunu" iddia etdi.

Turkustan.az xəbər verir ki, sözügedən layihənin ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun daha əvvəl irəli sürdüyü təklifdən "uzaq" olduğu iddia edilib.

Rəsmi İsrailin son təklif olunan məhbus mübadiləsini və müvəqqəti atəşkəs layihəsini rədd etdiyini və bu təklifin "İsraildəki heç bir məsul hökumət üçün qəbuledilməz olduğunu" əsas gətirdiyini söylədi.

Rəsmi iddia edib ki, İsrail məhbusların dəyişdirilməsi və müvəqqəti atəşkəs üçün son layihəni rədd etsə də, “Həmas razılaşma ilə irəliləmək istəmir”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ