Putinin helikopteri PUA hücumuna məruz qalıb - Daşkin


Rusiya Prezidenti Vladimir Putinin Kursk bölgəsinə səfəri zamanı helikopteri Ukrayna PUA-larının kütləvi hücumunun episentrinə düşüb.

Turkustan.az xəbər verir ki, bunu Rusiya Hava Hücumundan Müdafiə diviziyasının komandiri Yuri Daşkin deyib.

Onun sözlərinə görə, Rusiya hərbçiləri prezidentin təhlükəsizliyini tam təmin ediblər.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin mayın 20-də Kursk vilayətinə səfər etmişdi. /axar.az/


MANŞET XƏBƏRLƏRİ