Sülh masası qurulur? Ukrayna razıdır, lakin şərti var


Ukrayna yalnız atəşkəsin tam şəkildə təmin olunmasından sonra sülh danışıqlarına başlamağa hazırdır.

Turkustan.az xəbər verir ki, bu barədə Prezident Ofisinin rəhbəri Andrey Yermak Almaniyanın “Die Zeit” nəşrinə verdiyi müsahibədə bildirib.

“Biz sülh istəyirik, lakin onun əldə olunması yalnız bizdən asılı deyil. Əgər hər şey Ukraynadan asılı olsaydı, bu müharibə çoxdan bitmişdi. Amma reallıq odur ki, Rusiya hələ də təcavüzü dayandırmaq istədiyini səmimi şəkildə göstərmir”, – deyə Yermak vurğulayıb.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp tam 30 günlük atəşkəs təklifi irəli sürüb və Ukrayna buna razılıq verib.

“Rusiya isə cavab olaraq sadəcə üçgünlük parad üçün atəşkəs təklif etdi”, – deyə Yermak əlavə edib.

Eyni zamanda, Prezident Ofisi rəhbəri qeyd edib ki, Ukrayna reallıqları dərk edir və bir sıra məsələlərin danışıqlar masası arxasında həll olunmalı olduğunu anlayır.

“Biz buna hazırıq – əgər danışıqlar masasına Rusiya da əyləşərsə”, – deyə o bildirib. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ