Ankara yaxınlığında qəzaya uğrayan təyyarədə Liviya Baş Qərargah rəisi Məhəmməd əl-Həddadla birgə olanların adı açıqlanıb.
Turkustan.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, qəza nəticəsində Məhəmməd əl-Həddadla yanaşı, Liviya Quru Qoşunlarının komandanı Qərib Əl-Fayturi, Hərbi Sənaye Qurumunun rəhbəri Mahmud əl-Qativi, Liviya ordusu Baş Qərargah rəisinin müşaviri Məhəmməd əl-Əsavi kimi rəsmilər də həlak olublar./axar.az