Rumıniyada keçirilən güləş üzrə Avropa çempionatında kişilər arasında 130 kiloqram çəki dərəcəsində yarımfinal görüşündə türkiyəli güləşçi Rza Kayaalp azərbaycanlı rəqibinin paltarındakı bayrağı öpüb.
Turkustan.az xəbər verir ki, türkiyəli idmançı azərbaycanlı rəqibi Beka Kandelakini məğlub edərək finala yüksəlib.
Güləşçinin qarşılaşmadan dərhal sonra rəqibinin formasındakı Azərbaycan bayrağını öpərək başına qoyması marağa səbəb olub.
Görüntülər qısa zaman ərzində sosial şəbəkələrdə yayılaraq böyük rəğbətlə qarşılanıb.
(yenisabah.az)