“The Chess Journal” dünyanın ən çox qazanan şahmatçılarını araşdırıb.
Turkustan.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, ən çox gəlir əldə edənlər Anatoli Karpovla Harri Kasparovdur.
Onlar hərəyə 50 milyon dollar qazanıblar. Norveçli Maqnus Karlsen 30 milyon dollarla 3-cü yerdədir.
Siyahının 4-cü pilləsində isə azərbaycanlı şahmatçı Teymur Rəcəbov qərarlaşıb. Həmyerlimiz indiyə qədər 20 milyon dollar qazanıb.