Bakıda yas mərasimlərinin keçirilməsi kifayət qədər bahalı prosedur sayılır. İnsanlar dünyadan köçən əzizlərinə ehsan vermək üçün külli miqdarda vəsait xərcləməli olurlar.
Turkustan.az xəbər verir ki, təkcə şadlıq saraylarında deyil, mərasim evlərində də qiymət artımı baş verib. Ətin, yağın, digər ərzaq məhsullarının bahalaşması mərasim evlərindəki qiymətlərə də təsir edib. Məsələn, əvvəllər mərasim evlərində bir nəfərlik menyu 10 manatdan başlayırdısa, indi bu qiymət 13 manatdan az deyil.
Qeyd edək ki, paytaxtda fəaliyyət göstərən "Məkan" mərasim evində qiymət 14,50, "İmam Əli" məscidinə 15 manatdır. "Tural", "Zəm-zəm" mərasim evlərində isə qiymətlər 15-16 manat arasında dəyişir.
Əsasən imkanlı insanların üz tutduğu "Təzə Pir" mərasim zalında isə bir nəfərlik menyunun qiyməti 17 manatdır.
Bir neçə gün əvvəl atasını itirən paytaxt sakini Arif Məmmədov ”uç" mərasimini təşkil etmək üçün 15 min manat xərclədiyini bildirib. Məmmədov deyib ki, məclisdə min nəfər qonaq iştirak edib. Əvvəlcədən razilaşdırıldığı kimi, hər qonaq üçün 15 manat vəsait ödəyib.
Arif Məmmədov yaş mərasimlərinin insanlar üçün ciddi sosial problemə çevrildiyini etiraf edib. O, ehsan süfrələri ilə bağlı müəyyən standartların tətbiq edilməsinin vacibliyini vurğulayıb./Metbuat.az