Beynəlxalq Valyuta Fondu (BVF) "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti ilə bağlı proqnozunu açıqlayıb.
Turkustan.az xəbər verir ki, BVF neftin qiymətinin 2030-cu ilə kimi 70 dollardan aşağı düşməyəcəyini proqnozlaşdırıb.
Proqnoza görə, Azərbaycan neftinin orta illik qiymətini 2025-ci ildə 78,6 dollar, 2026-cı ildə 73,5 dollar, 2027-ci ildə 71,6 dollar, 2028-ci ildə 70,6 dollar, 2029-cu ildə 72 dollar, 2030-cu ildə isə 73,4 dollar təşkil edəcək.
Qeyd edək ki, IMF Azərbaycanın nefti üçün qiymət proqnozunu Dünya İqtisadi Proqnozlaşdırması (World Economic Outlook - WEO) hesabatındakı Brent qiymətlərinə 2-3 dollar əlavə edərək hesablayıb.
Xatırladaq ki, 2025-ci ilin dövlət büdcəsində Azərbaycan neftinin qiyməti 70 dollar müəyyən edilib. Büdcədə "Azeri Light"ın qiyməti 2026-cı il üzrə isə 65 dollar proqnozlaşdırılıb. /modern.az/