Azər Maqsudova qarşı 400 minlik mülki iddia - Əmlaklarına həbs qoyulması istənildi


Tanınmış alim Arif Acaloğlunu avtomobillə vurub öldürməkdə ittiham olunan Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun məhkəmə prosesində müdafiə tərəfi işin məhkəmə baxışına verilməsinə etiraz etməyib.

"Qafqazinfo"nun məlumatına görə, Sabunçu Rayon Məhkəməsində baş tutan prosesdə A.Acaloğlunun hüquqi varisini təmsil edən vəkillər Maqsudova qarşı 400 min manatlıq mülki iddia qaldırıb, həmçinin qarşı tərəfin əmlaklarına həbs qoyulmasını istəyib.

Hakim Anar Rzayev mülki iddianı icraata qəbul edib. Əmlaklara həbs qoyulması ilə bağlı vəsatət isə rədd edilib.

12:56

Tanınmış alim Arif Acaloğlunu avtomobillə vurub öldürməkdə təqsirləndirilən Azər Maqsudovun məhkəməsi başlayıb.

"Report" xəbər verir ki, Sabunçu Rayon Məhkəməsinin hakimi Anar Rzayevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Zərərçəkmiş şəxsin vəkilləri vəsatətlərində mülki iddia və təqsirləndirilən şəxsin əmlakına həbs qoyulması məsələsini qaldırıblar.

Məhkəmə heyəti müşavirədən sonra mülki iddianı icraata qəbul edib, digər vəsatəti isə təmin etməyib.

Məhkəmənin növbəti iclası iyulun 4-nə təyin olunub.

Xatırladaq ki, qəza ötən ilin noyabrında Sabunçu rayonu ərazisində baş verib.

Qeyd edək ki, Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiridir.

A.Maqsudova Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Onun barəsində istintaq dövrü müddətində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.


MANŞET XƏBƏRLƏRİ