Komitə sədri növbəti qəbul keçirib - FOTOLAR


Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa may ayı üzrə vətəndaş qəbulu günündə bir qrup incəsənət xadimi, mədəniyyət işçisi və qəbul üçün müraciət edən digər vətəndaşlarla görüşüb.

Milli Məclisdə bu gün keçirilən qəbulda heykəltəraş Cümşüd İbrahimov, rejissor Ülkər Yəhyazadə, müğənni Şəmsi Abbasov, "Azərbaycanfilm" kinostudiyasının icraçı prodüseri Raqif Musayev, Fəxri mədəniyyət işçisi Məhəmməd Paşayev, mədəniyyət işçiləri - İlahə Qurbanova, Fazil Budaqov, Anar Məmmədbağırov və b. iştirak edib. Onlar öz yaradıcılıq uğurları, üzləşdikləri müəyyən problemlərlər və gələcək fəaliyyət planları ilə bağlı Komitə sədrinə məlumat veriblər.

Milli Məclisdə qəbul edilən müvafiq qanunlar, onlara edilən əlavə və dəyişikliklər, o cümlədən Mədəniyyət Komitəsində aparılan müzakirələr, ümumən dövlətin mədəniyyət, incəsənət sahəsinə, mədəni irsə göstərdiyi diqqət-qayğı haqqında danışan Fazil Mustafa, qəbula gələnləri maraqlandıran məsələlər barədə öz fikir və rəylərini bölüşüb.

İncəsənət xadimləri, mədəniyyət işçiləri və qəbula gələn digər vətəndaşları diqqətlə dinləyən Komitə sədri, onların qaldırdığı - qanunvericiliyə uyğun olan məsələlərlə bağlı uyğunprofilli dövlət orqanlarına məktubla müraciət edəcəyini bildirib.


MANŞET XƏBƏRLƏRİ