Pensiyaçı 6 il tamam olmadan işdən çıxarılarsa, pensiyası necə hesablanır? - CAVAB


Lent.az "bir sual, bir cavab" rubrikasında növbəti mövzu pensiyanın hesablanması ilə bağlıdır.

Maraqlıdır, görəsən, ümumi əsaslarla yaşa görə əmək pensiyası alan şəxs pensiyaya çıxdıqdan və ya yenidən hesablama aparıldıqdan sonra 6 il tamam olmadan işdən azad olunarsa, pensiyanın yenidən hesablanması necə aparılır?

Yaşa görə əmək pensiyasının "Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanması zamanı 144-dən işlədiyi aylar çıxılır və müvafiq dövr üzrə toplanmış kapital qalan ayların sayına bölünür.

Məsələn, 01.01.2017-ci ildə pensiya təyin edilib. İşdən çıxıb 01.03.2019-cu ildə, yəni 6 il tamam olmadan. 01.01.2017-01.03.2019-cu ilərdəki kapitalı 90%-lə nəzrə alınmaqla 118-ə bölünəcək (144 ay -26 ay pensiyadan sonra işdən çıxdığı dövrədək ayların sayı=118).


MANŞET XƏBƏRLƏRİ