İctimai nəqliyyatda yeni qiymət bu tarixdə qüvvəyə minir


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası avtobus marşrutları və metroda sərnişindaşıma üzrə yeni tariflər müəyyən edib.

Turkustan.az-ın məlumatına görə, yebi tariflər oktyabrın 1-dən qüvvəyə minəcək.

Yeni qərara əsasən, metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik olacaq.

Müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi (məsafədən asılı olaraq tariflər dəyişir) də 60 qəpik olaraq müəyyən edilib./modern.az


MANŞET XƏBƏRLƏRİ