Birləşmiş Ştatlar Kiyev hakimiyyətinə Rusiya ərazisinə dərin zərbələr endirməyi qadağan etmir.
Turkustan.az xəbər verir ki, bunu ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq “Foks Nyus”a deyib.
“İnanıram ki, vitse-prezident Vens və Dövlət katibi Marko Rubionun bəyanatlarını nəzərə alaraq, bu sualın cavabı müsbətdir. Fürsətdən istifadə edərək Rusiyanın dərinliklərinə zərbələr endirin”, - deyə o bildirib. /bakivaxti.az/