Vəziyyət gərgindir, münaqişə genişlənə bilər - Rasim Musabəyov


“Rusiya ilə Ukrayna arasında müharibə artıq üç ildir ki, davam edir. Bu, cəlb olunan hərbi personal və texnikanın sayına, itki və dağıntılara görə müasir Avropada ən böyük müharibəyə çevrilib. Tərəflər arasında müharibə başlayandan sonra öz məntiqinə uyğun inkişaf edir, hər dəfə işi ifrata aparır. Taleyüklü qərarlar verən siyasətçilər bunu unutmamalıdırlar. Raket və nüvə silahlarının silkələnməsi, əsasən Moskvadan, təhdid təyyarəsindən istifadə qətiyyətinin nümayişinə qədər tədricən və təhlükəli şəkildə inkişaf edir. Vəziyyət get-gedə daha da pisləşir. Eskalasiya riskləri artır və buna görə də müharibə dayandırılmalıdır”.

Bu fikirləri Bakupost.az -a politoloq Rasim Musabəyov bildirib.

Onun dediyinə görə, İsveçrədə Ukrayna prezidenti Zelenskinin təşəbbüsü ilə keçirilən sülh sammiti, həmçinin Rusiya prezidenti Putinin elan etdiyi sülh şərtləri müharibənin dayandırılmasını yaxınlaşdırmadı:

"Vəziyyət gərgindir. Cəbhədə heç bir tərəf irəli addımlaya bilmir, insan və maddi itkilər davam edir. Təəssüflər olsun ki, ABŞ, Fransa və Britaniya liderləri yaxın aylarda öz seçkiləri ilə məşğul olacaqlar. Ümid ona qalır ki, Çin, Hindistan, Türkiyə və Səudiyyə Ərəbistanı təşəbbüs göstərəcək. Bu ölkələrin ümumi iqtisadi gücü və diplomatik çəkisi real danışıqlar gündəmini, müzakirə şəraitini və yerini formalaşdırmağa kifayət edir”.


MANŞET XƏBƏRLƏRİ