Adibekyandan qəribə iddia: “Avropa hazırlaşır, Zəngəzur və Tavusda...”


Avropa Zəngəzurun Azərbaycanın nəzarətinə keçməsində maraqlıdır.

Turkustan.az xəbər verir ki, bu iddia ilə erməni politoloq Armina Adibekyan deyib.

Onun başqa bir iddiasına görə, Avropa təkcə Zəngəzur yox, Tavus vilayətinin də (tarixi Qazax mahalının bir hissəsi – red.) Azərbaycanın nəzarətində olmasını istəyir.

“Avropa çox şey edə bilər, amma maraqları olduğu üçün heç nə etməyəcək. Avropa ölkələrinin Azərbaycanda böyük investisiyaları var, Ermənistanın həmin ərazilərinin Azərbaycana keçməsi onlar üçün faydalıdır ki, iqtisadi fəaliyyətlərini davam etdirsinlər. Ermənistana da boş vədlər verirlər.

Avropanın təkcə Azərbaycanda deyil, Ermənistanda da maraqları var. Ermənistanın faydalı qazıntıları ilə maraqlanırlar, onlar Azərbaycanla birlikdə Tavuş və Sünik mədənlərini (Tavus və Zəngəzur) istismar etməyə hazırlaşırlar”, - Adibekyan deyib. /teleqraf.com/


MANŞET XƏBƏRLƏRİ