Ceyhun Bayramov Mirzoyanla iki gün nələri müzakirə edib? - Şok təfərrüatlar üzə çıxdı


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fevralın 28-29-da erməni həmkarı Ararat Mirzoyanla Berlində keçirilən görüşü haqda ilk dəfə açıqlama verib.

Turkustan.az bildirir ki, Azərbaycanın XİN başçısı Almaniyada baş tutan müzakirələrin əvvəlkilərindən fərqləndiyini vurğulayıb:

"Burada bizim təklifimiz və qarşı tərəfin də qəbul etdiyi yanaşma ondan ibarət idi ki, bundan öncəki müzakirələrdən fərqli olaraq, mətn, konkret maddələr üzrə müzakirələr aparmadıq".

Antalya Diplomatiya Forumu çərçivəsində jurnalistlərə açıqlama verən xarici siyasət idarəsinin başçısı Bakı və İrəvan arasında bəzi fikir ayrılıqlarının olduğunu vurğulayıb:

“Ancaq bir neçə açıq və tərəflərin razılaşmadığı yanaşmalar var. Və biz əsasən həmin məqamların müzakirəsinə iki gün həsr etdik”. /yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ