Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərindən sonra gərginləşən ABŞ-Çin münasibətləri daha da kəskinləşib.
Turkustan.az xəbər verir ki, rəsmi Pekin Vaşinqtona qarşı atacağı addımları açıqlayıb.
8 maddədən ibarət olan plana görə Çin ABŞ-la bir sıra sahələrdə əməkdaşlığa son verir:
- Hərbi sahə üzrə liderlərin əlaqələrinə son qoyulacaq;
- Müdafiə Nazirlikləri tərəfindən ortaq fəaliyyət toplantıları ləğv olunacaq;
- Dəniz təhlükəsizliyi dialoqu dayandırılacaq;
- Qanunsuz miqrantların təhvil verilməsi prosesi dayandırılacaq;
- Hüquqi cəzaların verilməsi üzrə yardımın edilməsinə son qoyulacaq;
- Beynəlxalq cinayətkarlığa qarşı mübarizədə əməkdaşlıq edilməyəcək;
- Narkotiklərlə mübarizədə əməkdaşlıq dayandırılacaq;
- İqlim müzakirələri dayandırılacaq;
Ekspertlərə görə, Çin bu addımları tətbiq edəcəyi təqdirdə, beynəlxalq siyasətdə SSRİ-dən sonra qurulan sistemdə ciddi dəyişikliklər olacaq.
(publika.az)