Bakı İrəvanla barışdı, o ölkə ilə “düşmən” qalır – Vacib nüans


Fransanın Sofi Laqutu Azərbaycana yeni səfir təyin etməsi Bakıda maraq və ehtiyatlı optimizmlə qarşılanıb. Ölkəmizin Parisdəki səfiri Leyla Abdullayeva sosial media üzərindən Laqutla görüşdüyünü açıqlayıb və ona yeni vəzifəsində uğurlar arzulayıb.

Yeni təyinat Fransanın əvvəlki səfiri Ann Buayon dövründə yaranmış diplomatik gərginlik fonunda həyata keçirilib. Son aylarda Parisdən Azərbaycanın ünvanına yönələn sərt bəyanatların və tənqidi çıxışların sayında azalma müşahidə olunur. Bu isə rəsmi Bakının və Fransadakı azərbaycanlı diplomatiyanın səbirli və ardıcıl fəaliyyəti nəticəsində baş verən yumşalma prosesi kimi qiymətləndirilir.

Globalinfo.az-a danışan politoloq Fərhad Məmmədov deyib ki, Azərbaycanla Fransa arasında münasibətlər donmuş formadadır:

“Yəni tərəflər bir-birinə qarşı sərt ritorikadan istifadə etmir, gərginlik səngiyib. Bununla belə, münasibətlərdə normallaşma da müşahidə edilmir. Yeni əməkdaşlığa dair dövlətlər arasında yeni bir saziş və ya təmas yoxdur.

ferhad mehtiyev

Fərhad Mehdiyev

Digər tərəfdən, Fransada parlament səviyyəsində qəbul edilmiş anti-Azərbaycan qərarları, o cümlədən ölkəmizdə fəaliyyət göstərən Bakı Təşəbbüs Qrupu geri çəkilmir. Ona görə də münasibətlərin bu tərzdə davam etdirilməsi Bakı tərəfindən məqsədəuyğun hesab edilir.

Əslində Bakı ilə Paris arasındakı münasibətlərin hazırkı vəziyyəti Ermənistanla Azərbaycan arasındakı sülh gündəliyinə müsbət təsir edir. Yəni bu mənada prosesin hələ bir müddət belə davam etməsi gözləniləndir”.


MANŞET XƏBƏRLƏRİ