Rusiyadan sərhədimizdə sensasion əməliyyat: məxfi sənədlər ələ keçdi – VİDEO


Dağıstan sərhədində saxlanılan Yadulla Rufullayev barəsində Cinayət Məcəlləsinin 276.1-ci (Rusiyanın təhlükəsizliyinə bilə-bilə qarşı yönəlmiş fəaliyyətdə düşmənə yardım etmə) maddəsi ilə cinayət işi açılıb.

Turkustan.az xəbər verir ki, onu 15 ilə qədər həbs cəzasının gözlədiyi açıqlanıb.

Saxlanılan şəxs əməlini etiraf edib.

***

Rusiya Federal Təhlükəsizlik Xidməti Dağıstanda, Azərbaycanla sərhəddə Ukrayna xüsusi xidmət orqanlarına işləyən şəxsin saxlanıldığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, bu barədə FTX məlumat yayıb.

Bildirilib ki, xarici ölkə vətəndaşı, 1989-cu il təvəllüdlü Rufullayev Yadulla Ramiz oğlu RusiyaAzərbaycan dövlət sərhədinin “Yaraq-Kazmalyar” sərhəd-keçid məntəqəsindən keçərkən saxlanılıb.

İddialara görə, həmin şəxs Rusiya hərbi-sənaye kompleksinin əməkdaşından oğurlanmış məxfi sənədləri qaçırmağa çalışıb. Sözügedən sənədlərdə Rusiyaya hücum üçün imkan yaradan məlumatların olduğu bildirilib.

Saxlanılan şəxs etiraf edib ki, Ukrayna Təhlükəsizlik Xidmətinin casusu olan qardaşı, 1981-ci il təvəllüdlü Rufullayev Səbuhi Ramiz oğlunun göstərişi ilə Ukraynaya göndərmək üçün Kurqan vilayətində gizlətdiyi sənədləri və mobil telefonu götürüb.

Məsələ ilə bağlı cinayət işi açılıb. Onu 15 ilə qədər həbs gözləyir.

Hazırda cinayətin təşkilində və törədilməsində iştirak edən bütün şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ