Paşinyandan Ermənistan ordusu ilə bağlı kritik açıqlama


“2026-cı ildə dövlət büdcəsindən müdafiə xərcləri üçün ayrılan məbləğdə əhəmiyyətli artım olmaya bilər”.

Turkustan.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.

Baş nazir hətta ümumiyyətlə artım edilməməsinin də mümkün olduğunu, Ermənistanın sülhə hazırlaşdığını bildirib.

Paşinyan həmçinin növbəti il baş tutacaq seçkilərdə Ermənistan xalqının sülh və müharibə arasında seçim etməli olacağını vurğulayıb./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ