Fransa Prezidenti Emmanuel Makronla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Turkustan.az xəbər verir ki, Fransa lideri bununla bağlı “X” hesabında paylaşım edib.
Makron Ərdoğanla üç regiondakı vəziyyətlə bağlı müzakirə apardığını bildirib:
“Biz Rusiyanın Ukraynadakı işğalçı müharibəsinə son qoyması barədə eyni fikirləri bölüşürük. Bu, hərbi əməliyyatlar dayandırılmalı və Ukrayna üçün möhkəm təhlükəsizlik təminatları yaradılmalıdır. Mən Türkiyəyə bu çərçivədə əməkdaşlığa görə təşəkkür edirəm.
Biz həmçinin İsrail hökumətinin Qəzzada hərbi hücum həyata keçirmək və İordan çayının qərb sahilində yeni torpaqları müstəmləkə etmək barədə son qərarlarını şiddətlə qınayırıq. Bu addımlar sülh səylərinə ziddir. Sentyabrda Nyu-Yorkda Fransanın həmsədrliyi ilə keçiriləcək “İki dövlət prinsipi ilə həll yolu” konfransına hazırlıq üçün Türkiyə hakimiyyəti ilə sıx əməkdaşlıq edirik.
Həmçinin avqustun 8-də ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında keçirilən görüşün doğurduğu sülh ümidi müzakirə etdik. Bütün sərhədlərin açılmasına və regional əməkdaşlığın gücləndirilməsinə imkan verən tərəqqinin davam etməsi vacibdir.
O cümlədən, Türkiyə Fransa arasında ikitərəfli əlaqələrin inkişafından da danışdıq”./Globalinfo.az