Rusiya raketi Azərbaycan səfirliyinin yaxınlığına düşüb - FOTO + VİDEO


Ukraynalı jurnalist Denis Kazanski iddia edir ki, Rusiyanın gecə saatlarında Ukraynaya atdığı raketlərdən biri Azərbaycanın Kiyevdəki səfirliyindən cəmi 100 metr aralıya düşüb.

Turkustan.az xəbər verir ki, jurnalist rüketin düşdüyü yerlə səfirlik arasındakı məsafəni əks etdirən görüntüləri də paylaşıb.

“Gecə Rusiyanın atdığı raketlər Azərbaycanın Kiyevdəki səfirliyinə yönəlib, lakin bir qədər yayınaraq hədəfə dəyməyib. Raket binadan təxminən 100 metr aralıda düşüb. Daha əvvəl ruslar bir neçə Azərbaycan neft bazasını bombalamışdılar. İndi isə açıq şəkildə səfirliyə qarşı terror hücumlarına keçiblər,” – deyə o yazıb.

Məlumata görə, raketin düşməsi nəticəsində yanğın və güclü partlayış baş verib.

Qeyd edək ki, iyul ayının ortalarında da Azərbaycanın Kiyevdəki səfirliyi yaxınlığındakı ərazi raket hücumuna məruz qalmışdı. Bundan əlavə, Rusiya Silahlı Qüvvələri Ukraynada yerləşən Azərbaycanın energetika obyektlərini dəfələrlə atəşə tutub. /bakupost.az/

Bakupost.az


MANŞET XƏBƏRLƏRİ