ABŞ-dan Danimarkaya: Sakit olun!


ABŞ, ən azı üç Amerika vətəndaşının Qrenlandiyada təsir kampaniyası apardığına dair iddiaların ardından Danimarkanın yüksək səviyyəli ABŞ diplomatını Xarici İşlər Nazirliyinə çağırmasına cavab verib.

Turkustan.az xəbər verir ki, Ağ Evdən anonim rəsmi məsələ ilə bağlı açıqlamasında bildirib:
"Biz düşünürük ki, danimarkalılar bu məsələdə sakit qalmalıdırlar."

Qeyd edək ki, Vaşinqtonda ABŞ vətəndaşlarının Qrenlandiyada təsir kampaniyası apardığına dair iddialara görə Danimarka, ABŞ-ın Qrenlandiyadakı müvəqqəti işlər vəkili Mark Strohu Xarici İşlər Nazirliyinə dəvət edib.

Bu hadisə Vaşinqton və Kopenhagen arasında Qrenlandiya məsələsində diplomatik gərginliyin artmasına səbəb olub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ