Peskov: Kiyevlə atəşkəslə bağlı heç bir razılaşma yoxdur


Ukrayna ilə hava atəşkəs elan edilməsinə dair heç bir razılaşma olmayıb.

Turkustan.az xəbər verir ki, bunu jurnalistlərin suallarını cavablandıran Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Hazırda “hava atəşkəsi” mövzusunun gündəmdə olub-olmaması ilə bağlı sualı cavablandıran Peskov cavab verib ki, Kiyevlə bu məsələdə heç bir razılıq əldə olunmayıb.

"Gərginliyin azaldılması yolları ilə bağlı bütün məsələlər ictimaiyyətdən kənarda, sakit və gizli şəkildə müzakirə olunmalıdır. Bu, prosesi və tərəfləri qorumaq baxımından daha uyğundur" – deyə, Kreml bildirir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ