Tramp Rusiyanın Kiyevə kütləvi zərbə endirməsinə reaksiya verdi


ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq bildirib ki, Rusiyanın Kiyev də daxil olmaqla Ukrayna şəhərlərinə açıq-aşkar gecə hücumu Ağ Ev prezidenti Donald Trampın axtardığı sülhü təhdid edir.

Turkustan.az xəbər verir ki, bu barədə o , X sosial şəbəkəsində məlumat verib .

"Dünən gecə Rusiya 600 pilotsuz uçan aparat və 31 raketdən istifadə edərək müharibənin ikinci ən böyük hava hücumunu həyata keçirdi. Hədəflər? Əsgərlər və silahlar deyil, Kiyevin yaşayış məntəqələri - mülki qatarları, Aİ və Britaniya Şurasının missiya ofislərini və mülki insanları partlatmaq. Bu dəhşətli hücumlar sülhü təhdid edir", - o yazıb.

Bildirək ki, avqustun 28-nə keçən gecə Rusiya ordusu Kiyevə birləşmiş zərbələr endirərək silsilə partlayışlara səbəb olub. Şevçenkivski, Holosiivski, Darnitski, Dniprovski və Desnyanski rayonlarında əhəmiyyətli dağıntılar qeydə alınıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ