ADAU-da "Heydər Əliyev İli" çərçivəsində ağacəkmə aksiyası keçirilib


Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) "Heydər Əliyev İli" çərçivəsindəağacəkmə aksiyası keçirilib.

ADAU rəhbərliyi, professor-müəllim heyəti vətələbələrinin iştirakı ilə Tədris-təcrübə təsərrüfatında keçirilən aksiyada iki min ədəd yeddi növ meyvə ağacı tingi əkilib. Ərazidə olan meyvə ağaclarına mövsümi qulluq edilib.

Açıklama yok.

Univeritetin rektoru vəzifəsini icra edən Zəfər Qurbanov bildirib ki, aksiyanın məqsədi ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad etmək, onun, yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarətdir. Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Sonra tədbir iştirakçıları üçün universitet əməkdaşlarının və tələbələrin hazırladığı müxtəlif növ təamlardan ibarət stendlər nümayiş olunub.

Açıklama yok.Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ