Brent markalı neftin barel qiyməti 85,67 dollar oldu


Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 85,67 dollara satılır.

Turkustan.az xəbər verir ki, ötən gün 85,89 dollara kimi bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 85,4 dollarla başa vurub. “Brent” markalı neftin bir barelinin qiyməti saat 09:00-da bağlanış vaxtı ilə müqayisədə 0,32 faiz artaraq 85,67 dollar olub. Eyni zamanda West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 82,99 dollara satılıb.

Qiymət artımı dünyanın ən böyük neft istehlakçı ölkəsi olan ABŞ-da inflyasiya təzyiqlərinin azaldığına dair işarələr və güclü neft tələbi ilə bağlı gözləntilərin artması ilə əlaqədardır.

Dünən açıqlanan məlumatlara görə, ölkədə istehlak qiymətləri indeksi (TÜFE) iyun ayında aylıq bazda yüzdə 0,1 azalarkən, illik bazda yüzdə 3 artımla bazar gözləntilərinin altında qaldı.

İQİ 2020-ci ilin may ayından bu yana ilk dəfə aylıq bazda azalsa da, illik inflyasiya da ötən ilin ən aşağı səviyyəsinə düşüb.

Sözügedən dövrdə benzinin qiyməti aylıq 3,8 faiz, illik isə 2,5 faiz ucuzlaşıb.

Ölkədə inflyasiya meylinin davam etdiyinə işarə edən məlumatlar ABŞ Federal Ehtiyat Sisteminin (FED) tezliklə faiz endirimlərinə başlayacağına dair gözləntiləri gücləndirib.

FED-in ilk faiz endirimini sentyabr ayında edəcəyi dəqiq olsa da, ilin sonuna qədər üç faiz endirimi ehtimalı da pul bazarlarında qiymətləşməyə daxil edilib.

Aşağı faiz dərəcələrinin iqtisadi artımı dəstəkləyəcəyi gözlənilir ki, bu da öz növbəsində yanacaq istehlakını artıracaq.

Bildirilir ki, texniki olaraq Brent markalı neftin 85,98-87,23 dollar aralığı müqavimət, 84,73-83,48 dollar arası isə dəstək zonası kimi izlənilə bilər.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ