Dollar kəskin BAHALAŞACAQ


Dünyada yeni iqtisadi böhran başlasa, bu, dərhal dolların məzənnəsinin kəskin artmasına səbəb olacaq.

Turkustan.az xəbər verir ki, bu barədə rusiyalı iqtisadçı ekspert Mixail Xazin xəbərdarlıq edib.

Ekspert izah edib ki, istənilən fəlakət hazırda mövcud olan ən likvid və çox yönlü aktivə tələbin sürətlə artmasına gətirib çıxarır.

“Bu səbəbdən yaxın gələcəkdə böhran başlayarsa, bu, dolların bahalaşması üçün stimul rolunu oynayacaq. Dünyanın hər yerindən olan investorlar pullarını ən rahat, tanıdıqları və başa düşülən təhlükəsiz aktivdə saxlamaq üçün kütləvi şəkildə hərəkətə keçəcəklər. Məhz buna görə də bütün ölkələrdə dolların məzənnəsi kəskin yüksəlməyə başlayacaq”, - M. Xazin qeyd edib.


MANŞET XƏBƏRLƏRİ