Ukraynanın durumu pisləşdi - "Bu şəhər rusların əlinə keçsə, bitəcək"


Rusiya ordusu Donetsk vilayətinin Çasiv Yar şəhərini tutmağı qarşısına məqsəd qoyub.

Turkustan.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Yevgeni Dikiy deyib.

“Çasiv Yar uğrunda döyüşlər gedir. Rusların qarşısına konkret tarix qoyulmayıb, əsas hədəf şəhəri ələ keçirməkdir. Bu, bu gün olacaq ya sabah, ruslar üçün heç bir fərqi yoxdur”, - ekspert bildirib.

Dikiy həmçinin qeyd edib ki, şəhərin ələ keçirilməsi Rusiya ordusu üçün taktiki deyil, strateji qələbə olacaq və bu, onun daha da irəliləməsinə imkan verəcək:

“Çasiv Yar uğrunda döyüş Donbas uğrunda döyüş deməkdir. Çasiv Yarı itirsək, Donetsk vilayətini itirəcəyik. Əgər ruslar onu ələ keçirsələr, bütün böyük aqlomerasiyanı - Slovyansk, Kramatorsk, Kostiantinivka və Drujkivkanı xilas etmək mümkün olmayacaq. Ən azı dörd böyük şəhərin bütün əhalisini evakuasiya etmək lazım gələcək. Bu şəhərlər düzənlikdə və Çasiv Yarın yüksəklikdə olduğunu nəzərə alsaq, olduqca çətin olacaq”.

Ekspertin fikrincə, Çasiv Yarı saxlamaq üçün Ukraynaya iki komponent lazımdır - silah və canlı qüvvə: “Birincisi artıq yoldadırsa, ikincisi ilə bağlı problemlər ola bilər”.

Yevgeni Dikiy Ukrayna ordusunun ehtiyat çatışmazlığının olduğunu da söyləyib. /teleqraf.com/


MANŞET XƏBƏRLƏRİ