İsraildən Livanın cənubuna intensiv hava hücumu


İsrail ordusu Livanın cənubunda 20 nöqtəyə hücum edib.

İsrail ordusu Livanın cənubundakı sərhəd bölgələrində 20 nöqtəyə hava və artilleriya hücumu təşkil etdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, İsrail ordusundan verilən yazılı açıqlamaya görə, döyüş təyyarələri və artilleriya birlikləri Livanın cənubundakı Ramya bölgəsində 20 fərqli nöqtəyə hücum edib. Ordu bölgədəki partlayışların havadan görüntülərini dərc edib.

İsrail döyüş təyyarələrinin Mervahin və Kefr Kelada Hizbullaha aid olduğu iddia edilən nöqtələri vurduğu bildirilib.

Livanın rəsmi agentliyi NNA-nın xəbərinə görə, İsrail ordusu Livanın cənubundakı Aytarun qəsəbəsində beynəlxalq hüquqa görə mülki məskunlaşmalarda istifadə edilməsi qadağan edilən fosfor bombaları ilə mülki əraziləri hədəf alıb.

Digər tərəfdən, İsrailin işğalı altında olan Qolan təpələrində İsrail yaşayış məntəqələrində "düşmən hava elementi" hücum sirenləri səslənib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ