Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir – Deputat


Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevın adı ilə bağlı olan Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir. 10 May 2004-cü ildə fəaliyyətə başlayan Heydər Əliyev Fondu Ümummilli lider Heydər Əliyevin zəngin irsini öyrənməyi, təbliğ etməyi, ölkəmizin sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti qarşısına məqsəd kimi qoyub.

Bunu Siyasətinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

O qeyd edib ki, Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva xeyriyyəçilik, təhsil, səhiyyə və digər məsələlərlə bağlı humanitar sahədə bir çox vacib məsələlərin təşəbbüskarır. Fond təhsil sahəsində məktəblərin, uşaq bağçalarının və uşaq evlərinin inşa edilməsi və yenidən qurulması, orta və ali məktəblərin dərsliklərlə təmin olunması, internat məktəblərində xeyriyyə tədbirlərinin həyata keçirilməsi, səhiyyə sahəsində yeni sağlamlıq müəssisələrinin inşası və yenidən qurulması sahəsində böyük layihələrə imza atıb. Həmçinin müalicə-diaqnostika, reabilitasiya mərkəzlərinin yaradılması, diabetli, talassemiyalı xəstələrə qayğı və onların müalicəsinin təşkil edilməsi də Fondun başlıca fəaliyyət sahələrindədir. Bu xüsusda Heydər Əliyev Fondu daim uşaqları diqqətdə saxlayır, xüsusən də, valideyn qayğısından məhrum olan, fiziki qüsurlu uşaqların əsl himayəçisidir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin yaradılması ilə bağlı təşəbbüslərinin reallaşmasını nümunə göstərmək olar. Eyni zamanda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə uşaq və yeniyetmələrin sağlamlığı, təhsili, hərtərəfli inkişafı ilə bağlı məsələlər daim diqqət mərkəzindədir. Həmçinin Mehriban xanım Əliyeva və Leyla Əliyeva mütəmadi olaraq valideyn himayəsindən məhrum olmuş uşaqların qayğısına qalır. Bunun təsdiqi olaraq, Heydər Əliyev Fondu tərəfindən uşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün yaşayış binası inşa edilərək istifadəyə verilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət!” kampaniyası çərçivəsində beynəlxalq informasiya və təşviqat kampaniyası faciənin dünyaya tanıdılmasına öz töhfəsini verməkdədir. “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində məktəblərin yenidən qurulması, tikilməsi işləri də Fondun əsas prinsiplərindən biridir. Heydər Əliyev Fondu mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa hər zaman böyük töhfə verib”.

Deputat bildirib ki, Heydər Əliyev Fondu ölkəmizdəki və dünyadakı müxtəlif mədəni, dini abidələrin təmiri və bərpasını həyata keçirir. Bakıdakı Müqəddəs Məryəm kilsəsinin yenidən qurulması, Strasburq kafedral kilsəsinin, Luvr muzeyinin, Versal sarayının təmiri Fondun həyata keçirdiyi möhtəşəm layihələrdəndir: “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı”, gənc nəslin maariflənməsi və dünyada yüksək yerə layiq olması Fondun əsas istiqamətlərindən biriridir. “Yeniləşən Azərbaycana yeni məktəb” proqramının reallaşması nəticəsində müasir standrtlara cavab verən yeni məktəb binalarının inşasına imkan verib. Məhz bu layihə çərçivəsində paytaxtda və regionlarda dünya standartlarına cavab verən məktəb binaları inşa edilib”. “Təhsilə dəstək” layihəsi çərçivəsində hər yeni dərs ilinin əvvəlində məktəblilərə çanta və digər məktəb ləvazimatlarının verilməsi Heydər Əliyev Fondunun zəngin ənənələrindədn bidiridir. 2004-cü ildən başlayaraq Fond hər il şəhid, keçmiş qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərini hədiyyə etdiyi çanta və dərs ləvazimatlardı sevindirir. “Təhsil hamı üçün”, “Assosiativ məktəblər”, texniki-peşə sahəsi də Fondun əsas istiqamətlərindədir. “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə” layihələr də Fondun mənəvi konsepsiyasının mahiyyətindən yarananan amillərdən hesab olunur”.

Aqil Məmmədov vurğulayıb ki, Heydər Əliyev Fondu öz fəaliyyəti çərçivəsində 2020-ci ilin sentyabrında başlanan və tarixi Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində özünün böyük töhfələrini verməklə yanaşı qazilərin, şəhid ailələrinin yardıma ehtiyacı olanların yanında olub: “Daxili və beynəlxalq arenada həqiqətləri çatdırmaq, ölkəmizə, xalqımıza haqq işində dəstək naminə də Fond öz təhfəsini verib. qazanmaq üçün mümkün olan hər şeyi etdi. Fond həmçinin Azərbaycanın görkəmli alimlərinin, yazıçı və bəstəkarlarının yubileylərinin keçirilməsi, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunması, UNESCO-nun “Dünya irs siyahısı”na İçərişəhərin, Şirvanşahlar Saray Kompleksinin, Qobustan Qoruq Muzeyinin, Atəşgahın və digər tarixi abidələrin, habelə mədəni irs nümunələrinin daxil edilməsi Azərbaycan milli mədəniyyətinin dünya miqyasında təbliği sahəsində görülən işlərdəndir. Çox hörmətli Mehriban xanım Əliyevanın birbaşa himayəsi ilə son illər Azərbaycanda muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində böyük işlər görüldü. Azərbaycan muğamının UNESCO-nun bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil olunması bilavasitə bu fəaliyyətin bariz nümunəsidir. Eyni zamanda Heydər Əliyev Fondunun dəstəyi ilə mütəmadi olaraq Qəbələdə Beynəlxalq Musiqi Festivalı və pianoçuların müsabiqəsi keçirilməsi 44 günlük Vətən müharibəsindən sonra Şuşada Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı ilə keçirilən bu kimi mədəni-kütləvi tədbirlər mövcuddur. Sözsüz ki, Fond Azərbaycanın hüdudlarından kənarda da uğurlu layihələr həyata keçirir, ümumbəşəri mədəniyyət abidələrinin bərpasında iştirak edir. Məsələn, dost və qardaş Pakistanda təhsil, səhiyyə və humanitar sahələrdə Heydər Əliyev Fondunun gerçəkləşdirdiyi layihələri bölgə xalqı yüksək qiymətləndirir. Pakistanda bir neçə məktəb tikintisi, talassemiya mərkəzinin yaradılması, su təchizatı sisteminin quraşdırılması, xeyriyyə tədbirlərinin keçirilməsi Heydər Əliyev Fondunun adı ilə bağlıdır”.


MANŞET XƏBƏRLƏRİ