“Ukrayna NATO silahları ilə belə Rusiyaya qalib gəlməyəcək” - Siyarto


Ukraynanın hətta NATO silahları ilə belə Rusiyanı məğlub edəcəyi bir ssenari mümkün deyil.

Turkustan.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

“NATO-nun yeni təklifi ondan ibarətdir ki, Ukrayna qalib gələnə qədər müharibəni davam etdirmək lazımdır. Həm Böyük Britaniya, həm də NATO müharibənin sonunu tamamilə qeyri-real olan hərbi nəticə ilə əlaqələndirirlər, onun həyata keçirilməsi ehtimalı son dərəcə kiçik, hətta qeyri-realdır. Ukrayna bu müharibədə qalib gələ bilməyəcək... Bu tip müharibələrdə nüvə dövlətini məğlub etmək demək olar ki, mümkün deyil”, - nazir vurğulayıb.

Onun sözlərinə görə, bu münaqişənin döyüş meydanında həlli yoxdur. /APA/


MANŞET XƏBƏRLƏRİ