Orbanı sülh sammitinə çağırdım, faydalı olacaq - Zelenski


Ukrayna Prezidenti Vladimir Zelenski ilə Macarıstan Baş naziri Viktor Orban arasında telefon danışığı baş tutub.

Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski X hesabında paylaşım edib.

O, Orbanı sülh sammitinə dəvət etdiyini bildirib:

"Macarıstanın mövqeyi sülhün yaxınlaşması və ortaq regional təhlükəsizliyimiz baxımından bizim üçün əhəmiyyətlidir. Biz ikitərəfli məsələlərin bütün spektrini qarşılıqlı faydalı şəkildə həll etmək üçün növbəti addımları razılaşdırdıq".

Zelenski qeyd edib ki, ölkəsinin AB-yə üzv olması hər iki ölkə üçün faydalı olacaq. /axar.az/


MANŞET XƏBƏRLƏRİ