“Qarabağ və Şərqi Zəngəzurda Sərmayə Imkanları” layihəsi davam edir - FOTOLAR


“Qarabağın Tərəqqi Naminə” İB-nin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qarabağ və Şərqi Zəngəzurda Sərmayə Imkanları” layihəsi davam edir.

QHT.az xəbər verir ki, layihə çərçivəsində gənclər ilə ilkin görüşlərin keçirilməsinə başlanıb. Keçirilən tanışlıq görüşündə müxtəlif ali təhsil müəssisələrini təmsil edən 20-dən çox gənc qatılıb. Tədbir iştirakçılarına layihə haqqında məlumatlar verilib, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sahibkarlığın inkişafı, yaşıl texnologiyalar istiqamətində dövlət tərəfindən atılan addımlar, eləcə də, digər mövzularda fikir mübadiləsi aparılıb.

Layihə çərçivəsində keçiriləcək “Karabakh GreenTech” hakatonu və “Invest Karabakh” forumu ilə bağlı məlumatlar diqqətə çatdırılıb. Bildirilib ki, hakatonda iştirak etmək istəyən 15-30 yaş aralığında gənclər 26 sentyabr tarixinədək sözügedən hakatonun “GreenKarabakh.com” veb-saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. Bununla yanaşı, “Invest Karabakh” forumu üzrə işlərin davam etdirildiyi bildirilib. 2 panel əsasında keçiriləcək forum aidiyyəti dövlət qurumları, qeyri-kommersiya təşkilatları və özəl sektor nümayəndələrinin iştirakı ilə təşkil olunacaq. Panel müzakirələrin əsas mövzuları sırasına texnologiya transferi, yaşıl texnologiyalar, kibertəhlükəsizlik, eləcə də, biznes ekosistemində mövcud sərmaye imkanları, vergi güzəştləri və yaşıl sahibkarlıq daxildir. Forumda iştirak etmək istəyən sahibkarlıq subyektləri və bu sahəyə maraqlı gənclər tədbir barədə son məlumatları “InvestKarabakh.org” veb-saytına keçid edərək ala bilərlər.

Xatırladaq ki, “Qarabağ və Şərqi Zəngəzurda Sərmayə İmkanları” layihəsinin əsas məqsədi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi əsasında həyata keçiriləcək tədbirlərə dəstək olmaq, işğaldan azad edilmiş bölgələrdə biznes subyektlərini inkişaf perspektivləri, investisiya imkanları, vergi güzəştləri, yaşıl sahibkarlıq, texnologiya transferi, eləcə də digər mövzular ətrafında sosial maarifləndirilmənin həyata keçirilməsidir.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ