Gəncə Dövlət Universitetində aparılan yoxlamaların səbəbi açıqlandı


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 30 sentyabr 2022-ci il tarixli KQ-05 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” əsasında 2024-cü il üçün Gəncə Dövlət Universitetinin akkreditasiyası həyata keçirilir.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq universitetin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir:

"Akkreditasiya prosesi Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən aparılır. Qəbul olunmuş dövlət təhsil standartlarına, təhsil sahəsinə aid digər normativ-hüquqi aktların tələblərinə uyğunluğu yoxlamaq üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən yaradılmış komissiya tərəfindən universitetin özünütəhlil hesabatının əsasında təhlillər aparılır.

GDU qarşıdakı 5 il müddətində ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” əsasında fəaliyyətini davam etdirməyi və mövcud fəaliyyətləri daha da təkmilləşdirməyi planlaşdırır.

Yekun mərhələdə universitetin növbəti 5 il ərzində fəaliyyət göstərməsinə əsas verən Şəhadətnamə verilməsi üçün ARTEN-nin “Akkreditasiya Şurası” qarşısında komissiya tərəfindən vəsatət qaldırılması gözlənilir".


MANŞET XƏBƏRLƏRİ