Bir neçə gündür həbsxanada aclıq aksiyası keçirən Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmov aksiyanı dayandırıb.
Bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov məlumat yayıb.
Qeyd edək ki, Saleh Rüstəmli 2018-ci ildə saxlanılıb. Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə təqsirli bilinərək 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
S. Rüstəmli 1992-93-cü illərdə Gədəbəy rayonunun icra başçısı olub.