Murov qartalı


Ermənilərin səhər düzülüşünü videoya çəkən, alay komandirinin oğlunu girov gətirən "Murov qartalı" ləqəbli əfsanəvi kəşfiyyatçı, XTQ zabiti, aprel şəhidimiz Raquf Orucov!

Birinci Qarabağ múharibəsinin qazisi, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytnantı, Kəşfiyyat bölüyúnún komandiri Raquf Orucov Azərbaycan ordusunun polkovnik rütbəsində şəhid olan ilk zabiti və ilk hərbi hissə komandiridir.

Qəhrəmanımız xidməti müddətində "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal, "Qüsursuz xidmətə görə" 3-cü, 2-ci ve 1-ci dərəcəli medal, "Azərbaycan Silahlı Qüvvələrin 10 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi", Azərbaycan Silahlı Qüvvələrin 95 illiyi" yubiley medalları ilə, "Hərbi xidmətlərə görə" medalı və "İgidliyə görə" medalı ilə təltif edilib!

Allah sənə rəhmət eləsin Komandir! Məkanın cənnət ruhun şad olsun! Ordumuz qanınızla suvarılan torpaqlarımızı işğaldan azad etdi, qisasınızı aldı!

Ey bu qələbədə payí olaním! Səni unutmadıq, unutmarıq, unutdurmarıq!

Qəlbimizdəsən həmişə!

Sevinc Bəhmənli


MANŞET XƏBƏRLƏRİ