Ermənilər döyüş mövqelərini sökməyə başladılar


Ermənistan ordusunun Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinin Kirants kəndi istiqamətindəki mövqeləri sökülür.

Turkustan.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Məlumata görə, razılaşdırılmış demarkasiya xəritələrinə əsasən, Kirants bölgəsində Gürcüstanla dövlətlərarası yolun ərazidən keçən və əsas körpünün yerləşdiyi bir hissəsi Azərbaycanın nəzarəti altına düşür.

Kənd sakinlərinin sözlərinə görə, həmin ərazidən Ermənistan ordusunun döyüş mövqelərinin sökülməsi üçün kəndə xüsusi texnikalar gətirilib. Mövqelər tamamilə söküldükdən sonra həmin ərazinin də minalardan təmizlənərək Azərbaycana təhvil veriləcəyi bildirilir./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ