Ermənistan ordusunun əsgəri naməlum şəkildə güllə yarası alıb.
Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Bildirilib ki, hadisə dekabrın 3-ü, saat 20:00 radələrində baş verib.
Məlumata görə, Ermənistan Müdafiə Nazirliyi hərbi qulluqçunun hansı şəraitdə yaralandığını araşdırır. Əsgərin vəziyyəti ağır qiymətləndirilir. /modern.az/